Kimya fənnindən nümunəvi dərs keçirilib

    Məktəbin kimya müəllimi Əhmədova İradə 11"D" sinfində kimya fənnindən "Doymuş biratomlu və çoxatomlu spirtlər, Fenol " mövzusunda nümunəvi dərs keçirib. Müəllim ilk öncə dərsin təlim nəticəsini elan edərək, şagirdlərin maddələr arasında oxşar və fərqli xassələri müəyyənləşdirmək, atom quruluşlarına əsaslanaraq səbəbini ortaya çıxartmaq, keyfiyyət reaksiyalarını aparmaq bacarığını formalaşdırmağı müəyyən edib. Müəllim dərsini yeni təlim metodlarına uyğun şəkildə təşkil edib. Şagirdlər dərs zamanı təcrübələr aparıblar. Dərsdə vaxtdan səmərəli istifadə edən müəllim şagirdləri, fərdi və qruplar şəklində qiymətləndirib. Dərsin sonunda məktəb rəhbərliyi müəllimə öz tövsiyələrini verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi