Şagirdlərimiz Bakı Höte Mərkəzində olublar

     Məktəbimizin 9"C" sinif şagirdləri alman dili müəllimləri Esmira Zöhrabova və Gülümsər Orucovanın təşkilatçılığı ilə Bakı Höte Mərkəzində olublar. Mərkəzdə müharibənin  insanlara gətirdiyi ağrı-acını özünə əks etdirən " Müharibə dumanı"adlı sərgisi nümayiş olunub. ”Müharibə dumanı” səgisi Bakı Höte Mərkəzi tərəfindən Avropa Ittifaqı Nümayəndəliyi, Kapellhaus və Platformat-ın koordinasiyası ilə hazirlanıb. Şagirdlər sərgidə  Azərbaycandan Orxan Hüseynov, Sabina Şıxlinskaya, Norveçdən Verena Ìssel , Nigeriyadan Karo Akpokiere , Almaniyadan Frank Thiel və başqalarının rəsmləri ilə tanış olublar. Təqdim olunan fotolarda  müəlliflər müharibənin insanlar üçün yaratdığı faciəni, ağır iztirabları dolğun boyalarla təsvir ediblər. Şagirdlər sərgidən  böyük təəssüratla qayıdıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi