18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunub

Məktəbdə Müstəqilliyimizin Bərpası Günü ilə bağlı silsilə tədbirlər keçirilib. Məktəbin tarix müəllimi İrina Beydiyeva “Müstəqilliyimiz əbədidir” mövzusunda dəyirmi masa keçirib. İrina müəllim qəhrəmanlıqla dolu tarixi keçmişimizə nəzər salaraq Müstəqilliyimizin Bərpası Günü haqqında tarixi faktları şagirdlərə çatdırıb. Müzəffər ordumuzun xalqımıza bəxş etdiyi zəfər tariximizdən söhbət açıb. Şagirdlər təqdimatlarla çıxış edərək dövlətçilik tariximizdən danışıblar. Sonda şagirdlərin hazırladığı ”Müstəqilliyimiz əbədidir” videoçarxı nümayiş olunub.