18 Oktyabr — Müstəqilliyin Bərpası günüdür

    Məktəbdə Müstəqilliyimizin Bərpası Günü ilə bağlı silsilə tədbirlər keçirilib.Məktəbin təşkilatçısı İradə İsmayılzadə və tarix müəllimi Leyla Mənsimlinin təşkilatçılığı ilə “Müstəqil Azərbaycanım”adlı tədbir keçirilib. İlk öncə şagirdlər Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Sonra Vətən, milli birlik, qəhrəmanlıq mövzusunda şeirlər söyləyiblər. Şagirdlər çıxışlarında müstəqillik aktının qəbul edilməsinin həmin dövrün tarixi zərurətindən irəli gələrək xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin nəticəsi olduğunu bildiriblər.  Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətləri, onun Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkənin bütün çətinliklərdən xilas olması barədə tarixi faktları iştirakçıların diqqətinə çatdırıblar. Müstəqilliyimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilməsi və onun əbədiliyinin təmin edilməsi haqqında çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi