Məktəbdə Qarabağı tanıdaq videoçarx müsabiqəsi keçirilib

 Məktəbdə VIII - IX sinif şagirdləri arasında Qarabağı tanıdaq videoçarx müsabiqəsi keçirilib. Şagirdlər təqdimatlarında üçrəngli bayrağımızın Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Xocavənddə, Laçında, nəhayət, alınmaz qala hesab edilən Şuşada dalğalandığından qürurla danışıblar. Təqdimatlarında bildiriblər ki, Vətən uğrunda şəhid olan oğullarımızın əziz xatirələri bizim zəfər yaddaşımızdır.  Azərbaycanın damarlarında Vətən hissi qaynayan mərd oğulları 44 günə işğal altında ağı deyən torpaqlarımızı geri aldı .Bu gün Odlar yurdu Azərbaycan zəfərini böyük sevinclə qeyd edir. Təqdimatlar münsiflər heyəti tərəfindən dəyərləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi