Şagirdimiz Powerliftinq idman növü üzrə I yerə layiq görülüb

Məktəbimizin 11"A" sinif şagirdi İsmayıl Məhərrəmli Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən Powerliftinq idman növü üzrə Azərbaycan kuboku uğrunda yarışda I yerə layiq görülüb. İsmayıl bu yarışda diplomla təltif olunub. Şagirdimizi təbrik edir, idman sahəsində yeni -yeni uğurlar arzu edirik.