Məktəbdə “Açıq qapı günü” keçirilib

Oktyabr ayınının 1-də məktəbdə “Açıq qapı günü” keçirilib. Görüşdə yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq təhsil və təlimlə bağlı məsələlər valideynlərin nəzərinə çatdırılıb. Tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olunub. İl ərzində şagirdlərlə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aparılacaq işlər haqqında danışılıb. Məktəb – şagird - müəllim - valideyn münasibətlərinin düzgün qurulması barədə fikir mübadiləsi edilib.