Tarix yazan Azərbaycan əsgəri

Məktəbdə Anım Günü münasibətilə siniflərdə dəyirmi masa, açıq dərs, silsilə tədbirlər keçirilib. 6"Ç" sinfində şagirdlər sinif rəhbəri İrina Həsənovanın təşkilatçılığı ilə şəhid Əkbər Pənahov haqqında təqdimatlar hazırlayıblar. Məktəbin hərbi rəhbəri Nurəddin Qasımov çıxış edib. Qəhrəman oğullarımızın şücaətindən danışıb. İrina Beydiyeva 5"D" sinfində dəyirmi masa keçirib. Gülümsər Orucovanın rəhbərliyi ilə 7"D"sinfi İkinci Fəxri xiyabana gedərək şəhidlərimizi dərin hörmətlə yad ediblər.