Kiçik Akademiyada tarix fənni üzrə təqdimat keçirilib

  Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin tarix fənni üzrə təqdimatı keçirilib. Təqdimatlar “27 Sentyabr Anım Günü”nə həsr olunub. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Torpaq uğrunda canından keçmiş şəhidləin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tarix müəllimləri Ofelya Cəfərova, Leyla Mənsimova və İrina Beydiyevanın təşkilatçılığı ilə 8"A", 8 "B" və 9 "D" sinif şagirdləri mövzu üzrə təqdimatlarını nümayiş etdiriblər. "Kiçik Akademiya" üzvlərinin təqdimatında məktəb müdiriyyəti də iştirak edib. Məktəbin direktoru Kəmalə Qədirova çıxışında bildirib ki, şəhidlər Vətən, millət və müstəqillik uğrunda canlarını fəda edib əbədi ölümsüzlüyə qovuşanlardır.  Şagirdlərə kiçik elmi araşdırmalarında uğurlar arzulayıb. Sonda iştirakçılar "Qarabağ Azərbaycandır"  videoçarxına tamaşa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi