Ən ülvi duyğudur Vətən sevgisi...

      Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Bağırova 7 “B” sinif şagirdlərinin iştirakı ilə “27 Sentyabr Anım Günü”nə həsr edilmiş “Ən ülvi duyğudur Vətən sevgisi”... adlı dəyirmi masa keçirib. Şagirdlər qəhrəman əsgərlərimiz haqqında təqdimatlar hazırlayıb, müzəffər ordumuzun cəsur əsgərlərinin həyat yollarını öyrəniblər. Şagirdlər təqdimatlarında torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların ən böyük şərəf və qürur mücəssəməsi olduqlarını bildiriblər. 7"B" sinif şagirdi Dəniz Əlizadə öz təqdimatında bildirdi ki, Azərbaycan xalqı üçün bu həyatda ən əziz, qiymətli və müqəddəs bir hiss vardır ki, o da vətən və vətən uğrunda şəhidlik zirvəsinə ucalmaqdır. Davudov İbrahim çıxışında bildirdi ki,”Şəhidlər vətən, millət və müstəqillik uğrunda canlarını fəda edib əbədi ölümsüzlüyə qovuşanlardır”. Hüseyn Mənsimli təqdimatını “Şəhidlər illər, əsrlər, minilliklər keçməsinə bamayaraq, heç vaxt unudulmayan qəhrəmanlardır” sözləri ilə başladı. Şagirdlər qəhrəman oğullarımıza həsr etdikləri  təqdimatlarını qürur hissi ilə nümayiş etdiriblər. Sonda şagirdlər Anım Gününə həsr edilmiş videoçarxa baxıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi