Məktəbdə valideynlərlə görüş keçirilib

Məktəbdə valideyn komitələrinin sədrləri ilə görüş keçirilib. Görüşdə məktəbin direktoru Kəmalə Qədirova valideynlərlə maarifləndirici söhbət aparıb. Kəmalə müəllim bildirib ki, məktəbdə məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması təhsilin keyfiyyətinə təsir göstərən vacib amillərdəndir. Valideynlərlə birgə işləmək və onların məktəb həyatında yaxından iştirakı şagirdlərə və eləcə də məktəb həyatına müsbət təsir etdiyini valideynlərin diqqətinə çatdırb. Valideynləri sinif rəhbərləri ilə birgə dərsdənkənar tədbirlərin təşkilində fəal iştiraka dəvət edib. Görüşdə çıxış edən valideynlər bu əməkaşlığın faydasını qeyd ediblər. Sonda valideynlərə məktəbin uğurlarıını özündə əks etdirən videoçarx təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi