Məktəbdə Anım günü keçirilib

Məktəbdə 27 Sentyabr Anım Günü qeyd olunub. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Sonra torpaq uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla hörmətlə yad edilib.Əllərində bayraq ,ürəklərində Vətən sevgisi olan şagirdlərimiz qəhrəman oğulllarımızın hünərini böyük qürur hissi ilə anıblar. Anım Günündə çıxış edən məktəbin direktoru Kəmalə Qədirova  bildirib ki, tarixin ən ağır sınaqlarından üzüağ, şərəflə çıxmağı bacarmış məmləkətimizin var olmasının kökündə  dayanan ən ümdə səbəblərdən biri bu torpağın övladlarının Vətənə sonsuz məhəbbəti olub. Məktəbin foyesində Anım Gününə həsr edilmiş rəsm sərgisi təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi