Məktəb müdiriyyəti və pedaqoji kollektivi Fəxri xiyabanda olublar

27 Sentyabr Anım Günü münasibətilə məktəbin müdiriyyəti və pedaqoji kollektivi İkinci Fəxri xiyabanda torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanınından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı ziyarət ediblər. Qəhrəmanlıqları ilə dastan yazan igid oğullarımızı yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir ən böyük şərəf və qürurdur. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı.