Yazıçı ilə görüş

Məktəbin 2"B" sinif müəllimi Sevinc Məcidova şagirdlərinin asudə vaxtını səmərəli təşkil etmək, onların dinləyib-anlama bacarıqlarını inkişaf etdirmək üçün Libraff mağazasında Reyhan Yusif qızı ilə təşkil olunmuş görüşdə iştirak ediblər. Burada uşaqlar müəllifin dərslikdə olan və yenicə keçilən “Sevimli güllər” hekayəsini müzakirə edib, həmin hekayəni səhnələşdirib, yazarın oxuduğu hekayələri dinləyərək suallara cavab veriblər.
Şagirdlərdən biri hekayənin məzmununa uyğun hazırladığı əl işini Reyhan Yusif qızına təqdim edib.
Sonda müəllif şagirdlərin kitablarını imzalayıb.