21 Sentyabr - Beynəlxalq Sülh Günüdür

    Sülh -əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişafdır. Sülh- azadlıq, bərabərlik  və ədalətdir.  Sülh- hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir. 
 Məktəbimizdə 21 Sentyabr Sülh Günü  münasibətilə  tədbirlər keçirilib. İbtidai  sinif müəllimlərinin təşkilatçılığı ilə şagirdlərin asfalt üzərində rəsm müsabiqəsi keçirilib. Məktəbin foyesində sülh gününə həsr edilmiş rəsm sərgisi nümayiş olunub. Şagirdlərə sülh günü haqqında məlumat verilib. Tanınmış Azərbaycan ədiblərinin sülh mövzusuna həsr etdiyi əsərlərindən nümunələr söylənilib. Şagirdlər öz təqdimatlarında bildiriblər ki, dərisinin rəngindən, dini etiqadlarından asılı olmayaraq, yüz milyonlarla insan sülhü qorumaq, yeni qanlı müharibələrin qabağını almaq üçün birləşməlidir. Onlar sülhün rəmzi olan ağ göyərçinləri səmya uçurublar. 21 sentyabr-Beynəlxalq Sülh günündə dünyamıza yalnız əmin-amanlıq arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi