Məktəbdə psixodiaqnostik test keçirilib

Məktəbin psixoloqu Gülsənəm Bayramlı.1-ci sinif şagirdləri ilə psixoloji yoxlamalar aparıb.Ş agirdlərin idrak prosesləri, diqqət və davranışı, məntiqi təfəkkürü, nitqi və ətraf aləm haqqında bilikləri kiçik əl hərəkətlərinin inkişafı yoxlanılıb. Məqsəd 1-ci sinif şagirdlərinin şəxsiyyət kimi formalaşmasında məktəbin rolunu anlatmaq olub. Psixoloq şagirdlərin hazırlıq səviyyəsini müəyyən etmək üçün onlara Yerasik-Kernin məktəb kamilliyinin oriyentasiyalı testini təqdim edib. Şagirdlərin mənfi psixoloji cəhətlərini psixoloji yollarla aradan qaldırmaq üçün korreksiya işi aparmaq nəzərdə tutulub. Aparılan testlərin nəticələri sinif müəllimlərinə çatdırılıb. Problemli şagirdlərin valideynləri ilə görüş keçirilib.