Məktəbdə ilk dərs günü qeyd olunub

İİlk öncə məktəbin direktoru Kəmalə Qədirova yeni dərs ilinin başlanması münasibətilə valideynləri, müəllimləri, birinciləri təbrik edib. Direktor tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribbatlar törədib. Azərbaycan ordusu tərəfindən təxribbatın qarşısı alındığını, ordumuzun çox saylı hərbiçilərinin şəhidlik zirvəsinə ucaldığını bildirib. Məktəbin pedaqoji kollektivi, valideynlər, şagirdlər şəhidlərin ailələrinə dərin hüznlə baş sağlığı verib, yaralılarımıza Allahdan şəfa diləyiblər. Sonra Azəərbaycan Respublikasının Himni oxunub, Azəərbaycan Respublikasının Bayrağı gətirilib. Direktor çıxışının sonunda bildirib ki, dövlətimizin inkişafı keyfiyyətli təhsildən, Vətənini dərin məhəbbətlə sevən layiqli övladlardan aslıdır. Şagirdlərimiz bizim qürurumuzdur,qəhrəmanlarımızdır.