Pedaqoji şuranın iclası keçirilib

Məktəbin direktoru Kəmalə Qədirova pedaqoji şuraya ilk öncə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra gündəlikdə olan məsələləri pedaqoji kollektivin diqqətinə çatdırıb. Pedaqoji şuranın 2022-2023-cü tədris ili üzrə yeni idarə heyyətinin (sədr və katibin) seçilməsi, məktəbin iş rejimi və zəng cədvəli müəyyənləşdirilib. Tədris ili üzrə illik fəaliyyət planının, o cümlədən pedaqoji şuranın, direktor müavinlərinin, psixoloqun, kitabxana müdirinin, UBTR-in illik fəaliyyət planlarının müzakirəsi olunub. Yay tədris tapşırıqlarının nəticələri və təkrar sinifdə saxlanan şagirdlərin yerləşdirilməsi barədə danışılıb. Direktor müavini Nazimə Zeynalova 2021-2022-ci tədris ilində buraxılış siniflərivə ali məktəblərə qəbul üzrə imtahanların nəticələri, məktəb üzrə siniflərin komplektləşdirilməsi, I (bir) və X (onuncu) siniflərə şagird qəbulunun nəticələri, təmayül siniflərin komplektləşdirilməsi vəziyyəti barədə çıxış edib. Müəllimlərin 2022-2023-cü tədris ili üzrə dərs yükünün müəyyənləşdirilməsi, cari dərs ili üzrə sinif rəhbərlərinin təyini, metodşuranın və fənn metodbirləşmə rəhbərlərinin seçilməsi barədə direktor çıxış edib. Direktor müavini müəllimlərin diqqətinə cari dərs ilində BSQ-nin aparılması barədə təlimatı çatdırıb. Məktəbin psixoloqu Gülsənəm Bayramlı şagirdlərin peşəyönümlü ixtisaslara yönləndirilməsi barədə çıxış edib. Sonda məktəbin direktoru cari məsələlər barədə danışıb. Müəllimlərə tapşırıqlar verib.