Məktəbimizdə “Yay məktəbi” başlayıb

    Məktəbimizdə iyunun 16-dan 2 həftə müddətinə ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi” təşkil edilib. 30 iyun tarixinədək davam edən “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilib. 
     “Yay məktəbi”nin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması,  təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir. “Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulub. Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar veriləcək, bölmələr üzrə ümumiləşdirmələr aparılacaq, kompleks mövzular üzrə tapşırıqlar işləniləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi