"Son zəng" tədbiri keçirilib

Bu gün respublikamızda bütün ümumi təhsil müəssisələrində olduğu kimi məktəbimizdə də “Son zəng” tədbiri keçirilib. Məktəbin direktoru Kəmalə Qədirova məzunları bu əlamətdar gün münasibətilə təbrik edib. Onlara müstəqil həyatlarında uğurlar diəyib. Kəmalə xanım çıxışında bildirib ki, dövlətimizin məktəbə, təhsilə, müəllimə münasibəti Ulu öndərimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir, “Mən yer üzündə  müəllimdən yüksək ad tanımıram” kimi fikirlərində öz əksini tapıb. Tədbirdə məzunların ibtidai sinif müəllimləri öz ürək sözlərini, təbriklərini bildiriblər. Son zəng tədbirində Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadənin həyat yoldaşı Kəmalə Tağızadə də iştirak edib. Məzunları təbrik edib. Məktəbin qazi məzunları tədbirdə çıxış ediblər. Onlar məzunlara doğma Vətənimizi göz bəbəyi kimi qorumağı tövsiyə ediblər. Sonda  məzunların rəngarəng çıxışları iştirakçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi