Məktəbdə “Yaşıl otaq “ yaradılıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022 – ci il F-138 nömrəli əmrinə əsasən məktəbin biologiya müəllimlərinin təşkilatçılığı ilə “Yaşıl layihə : “Təbiəti qoruyanlar” layihəsinin 1.4 bəndinə əsasən məktəbdə “Yaşıl otaq” yaradılıb. Şagirdlər bu otaqda dibçəklərdəki güllərə qulluq edirlər.Hər gül haqqında məlumatı dibçəklərin üstünə yazıblar.Bu otaq şagirdlər üçün asudə vaxtlarını keçirmək üçün də maraqlıdır.Layihə çərçivəsində məktəbimizdə xeyli işlər görülüb.Bildiyimiz kimi layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili olub. Layihə il boyu davam edəcək.