5 iyun Dünya Ətraf Mühitin muhafizəsi Günüdür

Məktəbin biologiya müəllimi Mehriban Məmmədova 10"D" sinfində Dünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş açıq dərs keçirib. Müəllim bildirib ki, 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında da ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi məsələlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan tədbir iştirakçıları iyun ayının 5 -ni Dünya Ətraf Mühit Günü və ya Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar veriblər. Növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlayıb. Şagirdlər təqdimatlarla çıxış ediblər. Təqdimatlarında ətraf mühitin çirklənməsi, onun insan saģlamliğına və biokütləvi təsiri haqqında danışıblar. Şagirdlər ətraf mühitin qorunmasının yolları haqqında apardıqları araşdırmaları təqdim ediblər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi