“Qarabağımızın gülü, Şuşamızın xarı bülbülü”

Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-134 nömrəli əmri və Bakı şəhəri üzrə -Təhsil İdarəsinin F-121 nömrəli əmrinə əsasən məktəbdə “Şuşa ili “əlaqədar silsilə tədbirlər davam edir. Məktəbin ibtidai sinif müəllimi Sevinc Məcidovanın təşkilatçılığı ilə “Qarabağımızın gülü, Şuşamızın xarı bülbülü” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır. Tədbir çərçivəsində Şuşa şəhərinin tarixindən, mədəni irsindən danışılıb, burada bitən xarıbülbül haqqında şeirlərlər söylənib, rəqslər edilib, əsgərlərin Şuşanı azad etmə səhnəsi canlandırılıb.Tədbirin sonunda məktəbin direktoru Kəmalə xanım Qədirova şagirdlərin çıxışlarına münasibət bildirərək onları təbrik edib.