Təqdimat müsabiqəsi keçirilib

Məktəbimizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2018-ci il tarixli 857s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın icrası üzrə VIII - IX siniflər arasında “ Dil xalqın mənəviyyatı, onun ruhudur” adlı təqdimat müsabiqəsi keçirilib. Şagirdlər nümayiş etdirdikləri təqdimatlarında Ulu öndər Heydər Əliyevin, dahi söz ustadlarının ana dilimiz haqqında yazdıqları kəlamları araşdırıblar. Şagirdlər təqdimatlarında bildiriblər ki, bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, təsdiq edir və yaşadır. Dahi şəxsiyyət, ümummilli liderimizin də dediyi kimi hər bir xalq öz dili ilə yaranır. Müsabiqənin sonunda 10"B" sinif şagirdi Əliyeva Ayan bildirib ki, “ Fəxrlə deyə bilərik ki, biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz, öz tariximiz var. 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər, ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Bu dil müqəddəsdir, doğmadır anamız kimi, Vətənimiz kimi. Qürurumuz, fəxrimizdir dilimiz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi