Məktəbdə Vətənimizin istiqlal və hürriyyət günü keçirilib

    Məktəbin ibtidai sinif müəllimi Tamilla Muradəliyeva II"E"sinif şagirdləri ilə 28 May Müstəqillik Günü münasibəti ilə maraqlı kompozisiya hazırlayıb. İlk öncə şagirdlər Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Sonra şagirdlər müəllimlər, valideynlər qarşısında vətənpərvərlik ruhunda şeirlərlə çıxış ediblər. Tədbir böyük ruh yüksəkliyi ilə başa çatıb. Şagirdlər iki yüz ilin əsarətindən sonra parçalanmış millətimizi yenidən azadlığa qovuşduran-Azərbaycan edən bütün qurtuluş mücadiləçilərimizin əzəmətli ruhlarını sevgi və ehtiramla anıblar.
Qürur, fəxr və fərəh hissi ilə yumruq tək bir olan Dünya Azərbaycanlılarımızı Müstəqillik Günü münasibətilə təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi