28 May – Müstəqillik Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

Bu il ilk dəfə olaraq Azərbaycanda mayın 28-i Respublika Günü deyil, Müstəqillik Günü kimi qeyd edilir. Bildiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Məktəbimizdə bayram münasibətilə silsilə tədbirlər davam edir. Məktəbin ibtidai sinif müəllimi Səxavət Yusiflzadənin təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir” adlı tədbir keçirilib. III sinif şagirdləri (3"Ç", 3"A", 3"B", 3"C", 3"D", 3"E") məktəbin həyətində ürəklərində Vətən sevgisi, əllərində bayraq böyük ruh yüksəkliyi ilə bayram keçiriblər.