"Ailəm və məktəbim" tədbiri keçirilib

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-145 nömrəli əmrinə əsasən məktəbdə "Ailəm və məktəbim" layihəsi çərçivəsində V"Ç"sinif rəhbəri İrina Həsənovanın təşkilatçılığı ilə valideynlər və şagirdlərin iştirakı ilə yaddaqalan tədbir keçirilib. Tədbirdə iştirak edən valideynlər ailə-məktəb münasibətlərinin səmərəli təşkili, böyüməkdə  olan gənc nəslin əxlaqi şüurunun formalaşmasında, şagirdin özünü dərk etməsində, bilik və bacarıqlarının inkişaf etdirilməsində ailə-məktəb münasibətlərinin böyük əhəmiyyəti  haqqında edilən söhbətləri maraqla dinləyiblər. Valideynlər təşkilatçılığa görə müəllimə təşəkkürlərini bildiriblər. Məktəblə daha sıx əməkdaşlıq edəcəklərini qeyd ediblər. Tədbirin sonunda şagird və valideynlərlə xatirə şəkilləri çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi