28 May - Müstəqillik Günü Azərbaycan tarixinin şanlı səhifəsidir

    Məktəbin tarix müəllimləri Ofelya Cəfərova, Leyla Mənsimli, İrina Beydiyeva, Olqa Abbasovanın təşkilatçılığı ilə “28 May - Respublika Günü Azərbaycan tarixinin şanlı səhifəsidir”adlı tədbir keşirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Kəmalə Qədirova bildirib ki, bu gün ölkəmizdə 28 may – Respublika günü qeyd olunur. 1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu. Amma bununla belə xalqın istiqlal arzusu ölmədi. 1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra yeni tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz bərpa olundu. Hazırda müstəqil Azərbaycan demokratik bir dövlət olaraq sürətlə inkişaf edir.
Tədbirdə çıxış edən Leyla müəllim iştirakçıların diqqətinə çatdırıb ki, Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız uzun illərdən sonra bu il ilk dəfə 28 May - Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edir. Tədbir böyük ruh yüksəkliyi ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi