Məktəbdə 28 May Müstəqillik Günü qeyd olunub

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Məktəbin tarix müəllimi Leyla Məsimova və musiqi müəllimi Kişvərxanım Tağıyevanın təşkilatçılığı ilə VI"B" sinif şagirdləri ilə tədbir keçirilib. Tədbirdə şagirdlərin Müstəqillik Günü ilə bağlı təqdimatları dinlənilib. Azərbaycan xalqının müstəqillik və azadlıq yolunda apardığı mübarizələrə aid slaydlar nümayiş olunub. Müasir Azərbaycan Respublikasının Qurucusu Ümummilli Lider H.Əliyevin bu yolda gördüyü işlərdən, apardığı siyasi görüşlərdən söhbət açılıb. Tədbirdə şagirdlərin fəallığı, tarixdən musiqiyə maraqlı inteqrasiya etmələri, maraqlı tədqiqatları iştirakçılarda xoş təəssürat yaradıb.