Şagirdlərimiz "Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsinə qoşulublar

    Məktəbimizin şagirdləri “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinə qoşulublar. Bildiyimiz kimi müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsindən ibarətdir.
Müsabiqədə ibtidai, həm də V- IX sinif şagirdləri iştirak ediblər. Müsabiqənin ilk mərhələsində şagirdlər məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və dünya ədəbiyyatından əsərləri oxuyaraq gündəlik hazırlayıblar. Şagirdlər hazırladıqları gündəlikləri təqdim edəndə bildiriblər ki, oxuduqları əsərləri fənn müəllimlərinin tövsiyləri ilə seçiblər. Bu prosesdə müəllimlərindən böyük dəstək alıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi