Zəfər tarixi konfransı keçirilib

Məktəbin tarix müəllimləri Ofelya Cəfərovanın və Leyla Mənsimlinin təşkilatçılığı ilə Zəfər tarixi konfransı keçirilib. İlk öncə 9"B"sinfində “Zəfər tariximiz qürurumuzdur” mövzusunda interaktiv dərs keçirilib. Sonra 9"A" sinfində “Şanlı Zəfər tariximiz” mövzusunda interaktiv dərs nümayiş olunub. Məktəb müəllimlərinin və 9"Ç"sinif şagirdlərinin iştirakı ilə mövzu ətrafında təqdimatlar və müzakirələr keçirilib. Sonra məktəbin akt zalında 44 günlük Zəfər yolu mövzusunda konfrans olub. Müəllimlər Zəfər tariximizdən, müzəffər ordumuzun şücaətindən danışıblar. Konfransın sonunda bədii hissə nümayiş olunub.