Ürəklərdə yaşayan dahi insan


    Məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ürəklərdə yaşayan dahi insan” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu və xidmətləri haqqında məlumat verib. Kəmalə xanım çıxışını bu sözlərlə bitirib: “Heydər Əliyevin ömür tarixi heç bir insanın həyatı ilə müqayisə olunmayacaq qədər çətin, eyni zamanda, iftixar ediləcək qədər şərəflidir! “. Heydər Əliyev dünyada tanınan və imzası hörmətlə qəbul olunan liderdir. Ulu öndərin “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!” sözləri öz xalqına olan məhəbbətinin ifadəsidir. Tədbir şagirdlərin Ulu öndərə olan sevgisini bildirən böyük sevgi ilə davam edib.
    Tədbirin sonunda çıxış edən aparıcının bu sözləri tədbir iştirakçıları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. “Dahi insan Heydər Əliyevin mənalı həyatı hamımız üçün,  xüsusən, gənclər üçün bir örnəkdir, məktəbdir. Düşünürəm ki, bu necə gözəl bir fikirdir. Biz məktəbli gənclər bu fikri həyat devizimiz kimi qəbul etməliyik. Biz Heydər Əliyev örnəkliyindən bəhrələnib daim öz üzərimizdə çalışmalı, dərslərimizi yaxşı oxumalı, sabahın fəal qurucuları kimi biliklərə dərindən yiyələnməliyik. Məqsədimizə, hədəfimizə çatmaq üçün ilk növbədə Ulu öndər Heydər Əliyevin nurlu ideyaları ilə, siyasi irsi ilə möhkəm silahlanmalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi