"Analar günü" mövzusunda tədbir keçirilib

Məktəbin ibtidai sinif müəllimi Tamilla Məmmədovanın təşkilatçılığı ilə 3"A" sinfində Zərifə xanım Əliyevanın ad gününə həsr olunmuş "Analar günü" mövzusunda tədbir keçirilib. Tədbirdə müəllim fədakar ana, qaygıkeş həkim Zərifə xanım Əliyeva haqqında şagirdlərə məlumat verib. Şagirdlər tədbirdə "Göz həkimi" səhnəciyi ilə çıxış ediblər. Şagirdlərin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.