“Valideynin məktəbdə bir günü”

       Məktəbimizdə “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində valideynlərlə görüş olub. Valideynlərin məktəbdəki günü səhər saat 9-da başlayıb. Qonaqları  məktəbin direktoru Kəmalə Qədirova salamlayıb. Məktəbdə görülən işlərdən tutmuş verilən təhsilin keyfiyyətinə qədər hər məsələdən danışan məktəb rəhbəri təhsil müəssisəsi ilə valideyn münasibətlərinin bu işlərin uğurlu nəticələnməsinə təsir edən başlıca amil olduğuna diqqət çəkib. Məktəbin direktoru çıxışında “Valideyn-məktəb əməkdaşlığı şagirdin inkişafı üçün əlverişli psixoloji mühitin yaradılmasının əsas şərtidir”, - dedi. Sonra valideynlər üçün “Pozitiv valideynlik bacarıqları “ mövzusunda seminar keçirilib. Azərbaycana birgə yardım təşkilatının Uşaq inkişafı üzrə mütəxəssisi, həkim Mirzəyeva Ülviyyə Müslüm qızı valideynlərlə maarifləndirici söhbət aparıb.

 Valideynlər məktəb mühiti ilə tanış olandan sonra onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib. Sonra valideynlər  arzuladıqları müəllimin, istədikləri sinfin dərsində iştirak ediblər.

Məktəbin foyesində şagirdlərin əl işlərinin sərgilsinə tamaşa ediblər. Burada uşaqların yaradıcı inkişafını göstərən bir-birindən gözəl nümunələrlə tanış olublar. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Sonda şagirdlər valideynlər qarşısında hazırladıqları rəngarəng kompozisiyalarla çıxış ediblər.

Qeyd edək ki, “Valideynin məktəbdə bir günü” adlı layihənin təşkil olunmasının əsas məqsədi müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi