Şagirdlərin imtahan stresinin idarə olunması və aradan qaldırılması yolları mövzusunda profilaktik görüş keçirilib

Məktəbdə şagirdlərin imtahan stresinin idarə olunması və aradan qaldırılması yolları mövzusunda profilaktik görüş keçirilib. Görüşdə məktəbin direktoru K.Ə.Qədirova, təlim-tərbiyə işləri üzrə direktor müavini N.Zeynalova, psixoloq G.Bayramlı iştirak ediblər. Məktəbin direktoru şagirdlərə bildirib ki, imtahanqabağı həyəcan yüksək nəticə əldə etmək istəyən şagirdlərdə daha çox olur. Bu, təbii ki, həmin şagirdlərin məsuliyyətindən irəli gəlir. Şagirdlər ilk növbədə özünəinamlarını qorumalıdırlar. Vaxtı düzgün təşkil etməmək və imtahana kifayət qədər hazır olmamaq – imtahana vaxtında və kifayət qədər hazırlaşmamaq stress yaradan amillərdəndir. Şagirdlər bu məqamlara diqqət yetirməlidirlər.
Görüşdə çıxış edən direktor müavini bildirib ki, imtahan stressi imtahandan əvvəl və ya imtahan vaxtı bacarığın səmərəli istifadə edilməsinə neqativ təsir göstərən narahatlıq halıdır. Şagirdlərə bu halları özlərindən uzaqlaşdırmaq tövsiyə olunub. Psixoloq bildirib ki, ən önəmli qaydalar şagirdlərin qida və yuxu ehtiyaclarının vaxtında ödənməsidir. Düzgün qidalanmama zamanı isə immun sistemi zəifləyəcək.
Görüşdə çıxış edən şagirdlər bu müzakirənin onlar üçün faydalı olduğunu bildiriblər .