"Şahinlər" hərbi-idman oyunu keçirildi

    "Şahinlər" hərbi-idman oyunu 1996-cı ildən başlayaraq X-XI sinif şagirdəri arasında keçirilən çoxməqsədli və maraqlı layihələrdən biridir. Bu oyunlar böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını artırmaq, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədi ilə keçirilir. Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm Nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Şurasının birgə qərarına əsasən təşkil edilən oyunlar ildən- ilə təkmilləşərək kütləviləşmiş və məktəblilərin maraqla qatıldığı oyunlara çevrilmişdir. Hər il bu oyunlara 100 minədək məktəbli gənc cəlb olunur. Məktəbimizin 10 - cu sinif şagirdləri bu yarışda əzmlə iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi