İbtidai siniflərdə “Oxu günü” tədbiri keçirilib

          Şagirdlərin mənəvi aləminin zənginləşməsiində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu böyük əhəmiyyət kəsb edir.

        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-147 nömrəli əmrinin icrasının təmin edilməsi məqsədilə məktəbdə “Oxu günü” tədbiri keçirilib.

        “Oxu günü” tədbirini ibtidai siniflərin müəllimləri təşkil edib. Tədbirdə şagirdlərin oxuduqları əsərlərdən səhnələşdirdikləri müəyyən hissələr təqdim edilib. Şagirdlərin çıxışları, dekorasiyalar, səhnə geyimləri çox bəyənilib. Onlar kitaba olan sevgilərini böyük həvəslə nümayiş etdiriblər. Təqdim etdikləri səhnəciklər onların mütaliəyə böyük həvəslərinin olduğunu göstərdi. Tədbirin sonunda uşaqlara daha çox oxumaq, kitabı sevmək tövsiyə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi