"Oxu günü" tədbirləri davam edir

Məktəbin kitabxanasında "Oxu Günü" ilə bağlı silsilə müzakirələr aparılıb. Bunlardan biri də məktəbin ana dili və ədəbiyyatı müəllimi Sahilə Allahverdiyevanın 9"A" sinfi ilə keçirdiyi müzakirə olub. Müzakirə yazıçı, dramaturq Anarın "Ötən ilin son gecəsi" pyesinin və Ə.Kərimin "Qaytar ana borcunu!" şeirinin mövzusu, təhlili olub. Hər iki əsərin müzakirəsi çox maraqlı aparılıb. Şagirdlər müzakirədə fəallıq göstərməklə yanaşı ədəbiyyatımızda çox işlənən ana mövzusunda olan bir sira əsərlərdən nümunələr gətirərək əsərə öz subyektiv fikirlərini bildiriblər. Daha sonra "Ötən ilin son gecəsi" tamaşasından nümünələr göstərilib.