Qəhrəmanlarımızı hər gün yad edək, hər gün anaq!

6"A" sinfinin sinif rəhbəri Ramazanova İlahə sinif təşkilat saatını məktəbimizin adını daşıyan Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadənin qəhrəmanlıq yolunun şagirdlərə öyrədilməsinə həsr edib. Sinifdə Milli Qəhrəmana aid güşə yaradılıb, şagirdlər təqdimatlarla çıxış ediblər .Şagirdlərdən Əliyev Əziz şəhidin həyatı, Azadova Dünyaxanım təhsili, Bağırov Məhəmməd hərbi fəaliyyəti, Əmiraslanov Ədalət, Fəttayeva Fəridə, Adıgözəlov Cəfərsadiq döyüşlərdə göstərdiyi qəhrəmanlıqları haqqında təqdimatlar nümayiş etdiriblər. Sonda müəllim şagirdlərə bütün şəhidlərimizi, milli qəhrəmanlarımızı daim yad etməyi, onları unutmamağı, yalnız anım günlərində deyil hər zaman yad etməyi tövsiyə edib. Sinif rəhbərinin təşkilatçılığı ilə şagirdlər Milli Qəhrəmanın məktəbin foyesində olan büstünün önünə güllər qoyaraq yad ediblər.