Şagirdimiz iki gümüş medalla təltif olunub

Məktəbimizin 6"Ç" sinif şagirdi Sadıqlı İsmayıl Serbiyanın Subotis şəhərində keçirilən yeniyetmə və gənclərin karate üzrə Avropa çempionatında iştirak edib. İsmayıl çempionatda iki kateqoriya üzrə yarışaraq iki gümüş medalla təltif olunub. İsmayılı təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.