“Xurşidbanu Natəvan “əsəri müzakirə olunub

    Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırovanın təşkilatçılığı və 10"B" sinfinin iştirakı ilə məktəb kitabxanasında  Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrindən biri olan İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan“ əsəri müzakirə olunub. Şagirdlər obrazlara, əsərin ideyasına münasibət bildiriblər. Şagirdlər əsərdən bir parçanı səhnədə oynayıblar. Sonda müəllim bildirib ki, Azərbaycan xalqının ədəbiyyatımıza bəxş etdiyi nadir şəxsiyyətlərdən biri də poeziyamızın iftixarı Xurşidbanu Natəvandır. Xurşidbanu Natəvanın parlaq bədii istedada malik söz sənətkarı kimi ədəbiyyatımız tarixində özünəməxsus layiqli yeri vardır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi