Şuşa incisi Xarı bülbül

"Şuşa ili" əlaqədar keçirilən silsilə tədbirlər davam edir. Məktəbin riyaziyyat-informatika müəllimi Ramazanova İlahə STEAM dərsini tədris etdiyi 6"B" sinfi ilə "Xarı bülbül 3D qələm ilə iş" müsabiqəsi keçirib. Müsabiqə məktəbin foyesində təşkil olunub. Müsabiqədə şagirdlər 3D qələmlə Xarı bülbülün 3D rəsmini yaradıblar. Ən yaxşı 3 şagird fəxri fərmanla mükafatlanıblar. Şagirdlərdən Vəlizadə Yusif I yer, Davudov Ibrahim ll yer, Əliyeva Aylin lll yerə layiq görülüblər. Müsabiqə şagirdlər və kollektiv tərəfindən maraqla qarşılanıb.