Nailiyyətlərimiz

VII sinif şagirdi Allahverdiyev Xalid Vüqar oğlunun uğurlarıAllahverdiyev Xalid Vüqar oğlu 19 iyul 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur.Hazırda o, 108 nömrəli tam orta mətəbin VII sinfində təhsil alır. Xalid 2014-cü ilin may ayından cüdo idman növü ilə məşğul olur. 22 iyun 2014-cü il tarixində "Milli Qurtuluş" gününə həsr olunmuş cüdo üzrə turnirdə II yer tutduğuna görə diplom və medalla təltif olunmuşdur. Daha sonra Yevlax şəhər Uşaq Gənclər İdman məktəbinin cüdo üzrə açıq birinciliyində III yer tutmuş, diplom və medalla təltif olunmuşdur. 2001-2003 təvəllüdlülər arasında "Dünya azərbaycanlılarının həmrəyliyi" gününə həsr olunmuş cüdo turnirində III yer tutduğuna görə diplomla mükafatlandırılmışdır. "20 Yanvar" şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə açıq birincilikdə III yer tutduğu üçün diplom və medalla mükafatlandırılmışdır.

Balaca idmançı Qədirli AlişanQədirli Alişan 16 iyul 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda 108 nömrəli tam orta məktəbin 1-ci sinfində təhsil alır. Alişan artıq 1 ildir ki, Maştağa qəsəbəsində yerləşən Aslan İdman Klubunda karate idmanı ilə məşğul olur. O, Sebukai Kontakt Karate növü üzrə Xəzər rayon III açıq turnirində 20 kq çəki dərəcəsində II yerə layiq görüldüyünə görə diplom və medalla təltif olunub. Alişan bundan başqa, 30 noyabr 2014-cü ildə narıncı kəmərə layiq görülmüşdür.

Gənc rəqqasə Məmmədova Elmira Nazim qızıMəmmədova Elmira Nazim qızı 21 may 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. Elmira hazırda Sabunçu rayon Maştağa qəsəbəsindəki 108 nömrəli tam orta məktəbdə VII sinfində təhsil alır. Hacıağa Abbasov adına Mədəniyyət Evində 2 il rəqs dərsləri alıb. Hacıağa Abbasov adına Mədəniyyət Evində keçirilən Rəqs müsabiqəsində II yerə layiq görülmüşdür.

HAQQIMIZDA

Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəb Maştağa qəsəbəsində yerləşir. Məktəbin binası 1934-cü ildə tikilərək ilk dəfə uşaq evi kimi fəaliyyətə başlamışdır. 1955-ci ildən bina 8 illik məktəb fəaliyyə...

BİZİM FƏXRLƏRİMİZ

Ədilə Ələkbərova Rəşad

Fəxri Əsgərov Məzahir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi