Ürəklə bağlı təqdimatKiçik Akademiyanın üzvü Rəhimova Leylanın ürəklə bağlı hazırladığı təqdimatını noyabr ayına olan hesabat iclasında təqdim etdi.
Şagirdimiz "Reaktiv mühərrik" haqqında təqdimat hazırladı9ç sinif şagirdi Novruzov Zaur "Reaktiv mühərrik"adlı təqdimat hazırladı. O qeyd etdi ki, Reaktiv mühərrik mülki hava uçuşlarında böyük rol oynayır. Havada nəql olunan yüklərin böyük hissəsi reaktiv mühərriklərlə təchiz olunmuş təyyarələrin payına düşür. Digər sahələrdə onların tətbiqinə çox az rast gəlinir.
Zəfər tarixi ilə bağlı təqdimat8b sinif şagirdi Hümbətli Leyla "Zəfər tarixi" ilə bağlı təqdimat hazırladı. O öz təqdimatında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdiyindən, Müzəffər Ordumuzun böyük qəhrəmanlıq göstərərək düşmənin 30 ildə qurduğu bütün maneələri, istehkamları qısa müddətdə məhv etməyindən bəhs etmişdir.
Kiçik akdemiyanın növbəti iclası15 iyun 2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2020/2021-ci tədris ilində görülən işlərlə bağlı hesabat konfransı keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Konfrans 15 iyun - "Milli Qurtuluş Günü" nə təsadüf etdiyi üçün Ümummilli Lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev konfrans iştirakçılarını salamlayaraq, 2020/2021-ci tədris ilində görülən işlər barədə statistik məlumatlar verərək, 2021-ci ilin I yarım ilinin yekunları barədə çıxış etmişdir. Ardınca 68, 108, 130, 142, 148, 170, 192, 209 , 271, 307 və 309 nömrəli tam orta məktəbin şagirdlərinin " Qurtuluşdan Zəfərə" "Ağıllı kənd" , "Nizami dünyası", "My success story", "Atom bombası" , "Zəncirvari nüvə reaksiyası" , " Ana dilimiz" , "Rus dilinin inkişaf aspektləri", " Səs və onun insan həyatında rolu " və.s mövzularına toxunaraq araşdırma işləri hazırlayıb, təqdimat etmişlər. Təqdimatlar ümumi struktura uyğun olaraq başlıq, giriş(problemin qoyuluşu, aktuallıq, yenilik) əsas hissə , işin məqsəd və vəzifələri, və xülasələlərə toxunularaq hazırlanmışdır. Hesabat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri üzrə sektorun baş məsləhətçisi Sevinc xanım Əzimova, 150-dən çox şəxs - məktəb rəhbərləri, KA rəhbərləri , müəllimlər , şagirdlər iştirak etmişdir
"Qarabağ tarixi 2" onlayn dərsləri21.02.2020-ci il tarixdə YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyi və Sabunçu "Kiçik Akademiya"ların birgə təşkilatçılığı ilə " Qarabağ tarixi - 2" dərslərinin Microsoft Teams platforması üzərindən ilk dərsi baş tutdu. Dərsi giriş sözü ilə YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin fəalı, Sabunçu Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın Katibi, Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəb Tİ üzrə direktor müavini İlahə Abdullazadə başladı. İ.Abdullazadə dərslərin məqsədi, şagirdlərə nələr aşılanacağı haqqında məlumatlar verdi. Ardınca YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini, SKA-nın regional rəhbəri , Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin VMA və KA prezidenti Sərxan Şahverdiyev Cənab Ali Baş Komandan İlham Əliyev : "Biz Zəfər Çaldıq, Qarabağ Azərbaycandır!" şüarını deyərək dərsə giriş etdi. Dərs ərzində həmmüəllifi olduğu "Zəfər Tariximiz" adlı kitabdan istifadə edərək "Vətən müharibəsi və ya Ermənistanı sülhə məcburetmə əməliyyatı", "II Qarabağ müharibəsinin tarixi zəmini" haqqında məlumatları ətraflı olaraq şagirdlərin nəzərinə çatdırdı.Sonda mövzu ilə əlaqədar olaraq şagirdlərin çıxışları dinlənildi.
2 Fevral "Gənclər günü"nə həsr olunmuş müsabiqəYAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı 2 Fevral "Gənclər günü"nə həsr olunmuş "Heydər Əliyev və Gənclər Siyasəti" mövzusu üzrə intellektual müsabiqə təşkil olundu. Müsabiqədə məktəbin Kiçik Akademiya rəhbəri Abbasova Aynur və XI sinifdən 2 nəfər şagird Kiçik Akademiyanın üzvləri Rzayeva Umsəliməxanım və Mahmudova Fidan iştirak edirdilər.Müsabiqədə Gənclər günü , gənclər siyasəti, Heydər Əliyev və Gənclər Siyasəti, İlham Əliyev və Gənclər Siyasəti haqqında suallar verildi.
"Qarabağın tarixi abidələri"16.12.2020 tarixində Tarix müəllimi Abbasova Aynurun təşkilatçılığı ilə "Qarabağın işğaldan azad olunan tarixi abidələri"mövzusunda 8b sinig şagirdləri ilə konfrans keçirilmişdir.Konfransda H.Əli,B.Nihad,N.Gülsüm çıxış edərək tarixi abidələr haqqında məlumatlar verdilər.Abidələrin tarixi,işğal dövründə onların erməni vandalizminə məruz qalması,abidələrin müasir vəziyyəti,gələcəkdə onların qorunmasının vacibliyi haqqında danışıldı
Milli Qəhrəmanlar barədə14 dekabr Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür.Bu münasibətlə Tarix müəllimi Abbasova Aynur VIII "A" sinif şagirdləri ilə onlayn dəyirmi masa təşkil etdi.Dəyirmi masada uşaqlar Əliyar Əliyevin həyat və fəaliyyəyəti,I Qarabağ müharibəsi haqqında çıxışlar etdilər.Həmçinin I Qarabağ müharibəsində iştirak edən Əlif Hacıyev,Tofiq Hüseynov,Allahverdi Bağırov,Albert Araqunov,Çingiz Mustafayev haqqında danışıldı.videolar izlənildi.
"Biz Zəfər çaldıq" müsabiqəsinin final turu27.12.2020-ci il tarixdə Sabunçu rayonu Regional "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Biz Zəfər Çaldıq" adlı müsabiqənin final turu keçirildi . Final turunda 62 şagird iştirak etdi. Yekun nəticələrə əsasən I yerə - 215 nömrəli tam orta məktəb, II yerə - 96, 112, 215, 307 nömrəli tam orta məktəblər, III yerə 67, 188, 215, 309 nömrəli tam orta məktəblərin şagirdləri layiq görülmüşdür. I, II, III yeri qazanmış şagirdlər "diplom", finalda iştirak edən digər şagirdlər isə "fərqlənmə" ilə təltif olunmuşlar. Müsabiqə F-512 nömrəli əmr əsas tutularaq icra olunmuşdur. Müsabiqə Qarabağ və işğaldan azad olunmuş bölgələrin tarixi , müharibə xronologiyası, tanınmış şəxsiyyətləri, adət-ənənələri mövzusu üzrə suallardan ibarət olaraq 4 mərhələdə , Quizizz Platforması üzərindən təşkil olunmuşdur. Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
"Qarabağ Azərbaycndır" adlı intellektual yarışma13.12.2020 il tarixində məktəbimizin VIII-XI sinif şagirdləri arasında "Qarabağ Azərbaycandır"adlı intellektual yarışma keçirilmişdir.Yarışma tarix müəllimləri R.Əhəd və A.Aynurun təşkilatçılığı ilə baş tutmuşdur.Yarışmada 10 şagird iştirak etmişdir.Yarışma şifahi formada keçirilmiş,hər şagirdə 3 sual verilmişdir.Ən yaxşı cavab verən 3 şagird seçilmişdir.Onlara əlavə suallar verilməklə aralarından 1 nəfər şəhər turunda iştirak etmək üçün seçilmişdir.Qalib IX A sinif şagirdi Àbbasova Samirə olmuşdur.Yarışmada iştirakçı kimi təşkilatçı müavin A.Günay,uşaq birliyinin sədri M.İlahə iştirak etmişdir.
"Biz Zəfər Çaldıq" növbəti turu20.12.2020-ci il tarixdə F-512 nömrəli əmrin icrası ilə əlaqədar Sabunçu rayonu regional "Kiçik Akademiya"sının təşkilatçılığı ilə "Biz Zəfər Çaldıq" intellektual müsabiqəsinin III turu baş tutdu. Müsabiqədə 35 məktəbdən 100 - dən çox şagird iştirak etmişdir. III turun mövzusu "Qarabağ və işğaldan azad olunmuş ərazilərin tarixi abidələri" ilə bağlı olmuşdur. Müsabiqə günümüzdə ən çox istifadə olunan Quizizz platforması üzərindən baş tutmuşdur. Yekun nəticələrə əsaslanaraq 65% və yüksək nəticə əldə etmiş şagirdlər IV turda - final turunda iştirak üçün vəsiqə qazanmışlar. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərimiz arasında vətənpərvərlik hisslərinin daha yüksək səviyyədə aşılanmasıdır.
"Biz Zəfər çaldıq" adlı onlayn dəyirmi masa05.12.2020 ci il tarixdə məktəbin Tarix müəllimi Abbasova Aynurun rəhbərliyi altında IX "C" sinifi ilə "Biz Zəfər çaldıq" adlı online dəyirmi masa keçirildi.Dəyirmi masada IX "C" sinif şagirdi Kiçik Akademiyanın üzvü S.Məşədxanım II Qarabağ müharibəsinın başlanması haqqında danışdı.R.Zəhra işğal zamanı Bərdə,Gəncə və Tərtərdə dinc əhaliyə qarşı törədilən qırğınlardan bəhs etdi. X.Polad isə müharibənin gedişatında azad olunan kəndlərimiz,rayonlarımız haqqında məlulat verdi. A.Xəyal müharibənin yekunlarından, Moskva müqaviləsinin imzalanmasından danışdı. Şagirdlər müharibə dövründə hörmətli prezidentimiz İlham Əliyev cənablanının qətiyyətini, əzmkarlığını, çıxışlarındakı ruh yüksəkliyini yüksək qiymətləndirdilər.
Milli Qəhrəmanlar barədə təqdimatX "A" sinif şagirdləri Rzayeva Umsəliməxanım və Mahmudova Fidan Azərbaycanın bir neçə milli qəhrəmanları haqqında tədqiqat apararaq onlar barədə məlumat toplamışlar. Milli qəhrəmanların həyatı,cəbhədəki vəziyyət, Qarabağ müharibəsi,müharibənin səbəbləri,başlanması, gedişat haqqında məlumat verdilər.
Cəfərzadə Ləman "Nəsiminin həyatı" mövzusunda təqdimatıKiçik Akademiyanın prezidenti X sinif şagirdi Cəfərzadə Ləman Nəsiminin 650 illik yubileyi münasibətilə Nəsiminin həyatını əks etdirən təqdimatla çıxış etdi. O,Nəsimin həyatı barədə geniş məlumat verdi.
"II Elizabet" haqqında təqdimatKiçik Akademiyanın üzvü VIII "B" sinif şagirdi Məlikova Zeynəb ingilis dilində "II Elizabet" haqqında təqdimat etdi.Təqdimat zamanı bildirdi ki, II Elizabet İngiltərə Şahzadəsidir.25 yaşında atası rəhmətə gedəndən sonra şahzadə tituluna layiq görülmüşdür.Ailəsini çox sevirvə ailəsinə bağlı onsan idi. Şahzadə Filiplə ailəli olub, 2 oğlu var.42 ölkəyə 78dən çox səfər edib .Ən çox səfər etdiyi ölkə Kanada olmuşdur.
"Gəlin dünyamızı yaşıl bir yer edək" mövzusunda təqdimatMəktəbin 7 "A" sinif şagirdi "Kiçik Akademiyanın" üzvü Əliyeva Lalə ingilis dilində "Gəlin dünyamızı yaşıl bir yer edək" mövzusunda təqdimat etdi.Təqdimatda "Kiçik Akademiyanın" müəllim heyətindən də iştirak edirdi. Lalə çıxışında qeyd etdi ki, yaşıl yer haqqında nə düşünürsünüz? Yaşıl yer nə deməkdir? Hə əlbəttə ağaclar. Ağaclar bizim ağciyərlərimizdir. Biz ağaclar olmadan yaşaya bilmərik. Çünki onlar oksigen hazırlayırlar və bizim həyatımızda bunun vacib rolu var. Ağacların çoxlu növləri var. Məsələn: Dekorativ ağaclar. Bu ağaclar oksigen hazırlamırlar. Çünki onlar plastikdən düzəldilirlər.Onların bizim həyatımızda digər ağaclar kimi önəmli bir rolu yoxdu. Bir ağac il ərzində 114 kq oksigen hazırlayır.Yəni 2 ağac 4 nəfərin illik oksigen ehtiyacı üçün yetərlidir. Həyat haqqında düşün. Sonra ağacsız bir həyat haqqında düşün.Çox sıxıcıdır hə? Biz təbiətin qayğısına qalmalıyıq. Sən dünyanı bir neçə ağac əkməklə xilas edə bilərsən. Əgər sən bir ağac əkə bilərsənsə başqası da əkə bilər.Unutma! Sən sadəcə olaraq ağac əkməklə insanlara kömək edə bilərsən.Bunu etməklə sən sadəcə insanlara kömək etmirsən,sən təbiəti, heyvanları və digər yaşayan canlıları xilas edirsən. Biz bunu edə bilərik. Biz dünyamızı yaşıllaşdıra bilərik.
Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəb Maştağa qəsəbəsində yerləşir. Məktəbin binası 1934-cü ildə tikilərək ilk dəfə uşaq evi kimi fəaliyyətə başlamışdır. 1955-ci ildən bina 8 illik məktəb fəaliyyə...
Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəb Maştağa qəsəbəsində yerləşir. Məktəbin binası 1934-cü ildə tikilərək ilk dəfə uşaq evi kimi fəaliyyətə başlamışdır. 1955-ci ildən bina 8 illik məktəb fəaliyyə...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi