"Gəlin dünyamızı yaşıl bir yer edək" mövzusunda təqdimat

Məktəbin 7 "A" sinif şagirdi "Kiçik Akademiyanın" üzvü Əliyeva Lalə ingilis dilində "Gəlin dünyamızı yaşıl bir yer edək" mövzusunda təqdimat etdi.Təqdimatda "Kiçik Akademiyanın" müəllim heyətindən də iştirak edirdi. Lalə çıxışında qeyd etdi ki, yaşıl yer haqqında nə düşünürsünüz? Yaşıl yer nə deməkdir? Hə əlbəttə ağaclar. Ağaclar bizim ağciyərlərimizdir. Biz ağaclar olmadan yaşaya bilmərik. Çünki onlar oksigen hazırlayırlar və bizim həyatımızda bunun vacib rolu var. Ağacların çoxlu növləri var. Məsələn: Dekorativ ağaclar. Bu ağaclar oksigen hazırlamırlar. Çünki onlar plastikdən düzəldilirlər.Onların bizim həyatımızda digər ağaclar kimi önəmli bir rolu yoxdu. Bir ağac il ərzində 114 kq oksigen hazırlayır.Yəni 2 ağac 4 nəfərin illik oksigen ehtiyacı üçün yetərlidir. Həyat haqqında düşün. Sonra ağacsız bir həyat haqqında düşün.Çox sıxıcıdır hə? Biz təbiətin qayğısına qalmalıyıq. Sən dünyanı bir neçə ağac əkməklə xilas edə bilərsən. Əgər sən bir ağac əkə bilərsənsə başqası da əkə bilər.Unutma! Sən sadəcə olaraq ağac əkməklə insanlara kömək edə bilərsən.Bunu etməklə sən sadəcə insanlara kömək etmirsən,sən təbiəti, heyvanları və digər yaşayan canlıları xilas edirsən. Biz bunu edə bilərik. Biz dünyamızı yaşıllaşdıra bilərik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi