FƏXRİMİZ

          Məktəbin adını daşıdığı Cavid Nadir oğlu Nurməmmədov 1964-cü ildə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində anadan olmuşdur. VIII sinfə qədər qəsəbədə yerləşən 108 nömrəli tam orta məktəbdə təhsil almışdır. VIII sinfi bitirdikdən sonra Suraxanıda yerləşən 1 saylı texniki peşə məktəbində traktorçuluq sənətinə yiyələnmişdir. Sonra Maştağada yerləşən konserv zavodunda traktorçu kimi fəaliyyətə başlamışdır. Sonralar Sovet ordu sıralarında iki il hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra yenə doğma qəsəbəsində traktorçuluqla məşğul olmuşdur.

          1988-ci ilin həyəcanlı, səksəkəli günləri başlamışdı. Bakı nəhəng qazan tək qaynayırdı. İnsanlar soyuq havaya baxmayaraq Azadlıq meydanına axışırdı. Bu insanların içində Cavid Nurməmmədov da var idi. Orada insanları isidən böyük Vətən sevgisi var idi. Bir gün Cavid evə gələndə evdəkilərin  qanı qara olduğunu gördü.  Atası ağır-ağır ona dedi ki, çağırış vərəqi gəlib, hərbi komissarlığa çağırılmısan. -Onsuzda bir can borcluyuq, ay ata! Buna görə fikir çəkməyə dəyməz.-deyə Cavid dilləndi. 1988-ci il dekabrın 9-u idi. Cavid hərbi komissarlığa gedirdi, lakin bilmirdiki bu onun son gedişidir.

         1988-ci il   dekabrın 7-də Ermənistanın Spitak adlanan ərazisində  güclü zəlzələ baş verdi. Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan olub. Dekabrın 11-də  təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük yardım  qrupu içərisində həmyerlimiz Cavid Nurməmmədov da var idi. Təyyarəyə düzgün yol göstərilmədiyindən təyyarə Spitak qayalıqlarına  dəyib parçalandı. İL-76  təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu. Həlak olanlar içərisində məktəbimizin məzunu Cavid Nadir oğlu Nurməmmədov da var idi. 1995-ci ildən etibarən məktəbimiz şəhid  Cavid Nurməmmədovun adını daşıyır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi