Növbəti uğurumuz! Zlatibor, Serbiya şəhərində keçirilən ISF U15 Gymnasiade 2025 beynəlxalq yarışında məktəbimizin 8 "A" sinif şagirdi Ayan Məmmədzadə möhtəşəm nəticə göstərərək I yerə layiq görülmüşdür. Bu böyük uğur Ayanın əzmkarlığı, zəhməti və idmana olan sevgisinin parlaq nəticəsidir. Ayanı bu yüksək nailiyyəti münasibətilə ürəkdən təbrik edir, ona gələcək yarışlarda da uğurlar və qələbələr arzulayırıq!
Məktəbimizin fəxri! Azərbaycanın ev sahibliyi etdiyi Grand Prix beynəlxalq turnirində 11 ölkənin iştirakı ilə keçirilən mötəbər yarışda məktəbimizin 10 "B" sinif şagirdi Əliəşrəf Qafarov böyük uğura imza atdı! O, gərgin və rəqabətli mübarizədə 1-ci yerə layiq görülərək qalibiyyət kürsüsünün zirvəsinə yüksəldi. Əliəşrəfin bu qələbəsi təkcə məktəbimizin deyil, ölkəmizin də qürurudur!
"Şagirdimiz Əliəşrəf Qafarov Avropa Çempionatında Bürünc Medal Qazandı"Polşanın Bieslsko-Biala şəhərində keçirilən karate üzrə (WKF) 52-ci Avropa çempionatında 14-15 yaşlı yeniyetmələrdən ibarət yığma komandanın üzvü məktəbimizin 10B sinif şagirdi Əliəşrəf Qafarov (-57 kq) bürünc medal qazanıb. 6 döyüşdən 5-ində iştirak edərək sonuncu döyüşdə Niderland təmsilçisinə qalib gələrək 3-cü yerə layiq görülmüşdür. Bu uğur onun əzmkarlığının, zəhmətinin və peşəkar hazırlığının nəticəsidir. Əliəşrəf Qafarovu təbrik edir, gələcək yarışlarında yeni nailiyyətlər arzulayırıq!