Nailiyyətlərimiz

Məktəbimizin fəxri!    Azərbaycanın ev sahibliyi etdiyi Grand Prix beynəlxalq turnirində 11 ölkənin iştirakı ilə keçirilən mötəbər yarışda məktəbimizin 10 "B" sinif şagirdi Əliəşrəf Qafarov böyük uğura imza atdı! O, gərgin və rəqabətli mübarizədə 1-ci yerə layiq görülərək qalibiyyət kürsüsünün zirvəsinə yüksəldi. Əliəşrəfin bu qələbəsi təkcə məktəbimizin deyil, ölkəmizin də qürurudur!

"Şagirdimiz Əliəşrəf Qafarov Avropa Çempionatında Bürünc Medal Qazandı"Polşanın Bieslsko-Biala şəhərində keçirilən karate üzrə (WKF) 52-ci Avropa çempionatında 14-15 yaşlı yeniyetmələrdən ibarət yığma komandanın üzvü məktəbimizin 10B sinif şagirdi Əliəşrəf Qafarov (-57 kq) bürünc medal qazanıb. 6 döyüşdən 5-ində iştirak edərək sonuncu döyüşdə Niderland təmsilçisinə qalib gələrək 3-cü yerə layiq görülmüşdür. Bu uğur onun əzmkarlığının, zəhmətinin və peşəkar hazırlığının nəticəsidir. Əliəşrəf Qafarovu təbrik edir, gələcək yarışlarında yeni nailiyyətlər arzulayırıq!

İdmançı şagirdimizin uğurlarıMəmmədzadə Ayan C.Nurməmmədov adına 108 N-li məktıbin 6a sinif şagirdidir. Kiçik yaşlarından idmana böyük həvəsi var. Bu həvəs onu ALPMAN Taekvonda Klubuna gətirib çıxarmışdır. 6 yaşından taekvondonun texnikaları və taktikalarını , özünü müdafiə bacarıqlarını elə bu klubda məşq edərək artırır. Qara kəmər alan Ayan bir çox yarışlarda dəfələrlə qələbə qazanmış, medal və diplomlara layiq görülmüşdür. Arzusu Azərbaycanın bayrağını yüksək zirvələrdə dalğalandırmaqdır.

HAQQIMIZDA

Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəb Maştağa qəsəbəsində yerləşir. Məktəbin binası 1934-cü ildə tikilərək ilk dəfə uşaq evi kimi fəaliyyətə başlamışdır. 1955-ci ildən bina 8 illik məktəb fəaliyyə...

BİZİM FƏXRLƏRİMİZ

Səbinə Əliyeva Kamil

Gözəl Cəfərli Rəhman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi