Nailiyyətlərimiz

4-cü sinif şagirdinin uğuru4c sinfində oxuyan Əliyev Ramiz Vaqif oğlu müxtəlif idman yarışlarında iştirak edən məktəbin balaca şagirdidir.Ramizin növbəti uğuru Baku Judo Klubun təşkil etdiyi idman yarışında qazandiğı qələbəsidir. 2009-2010 illərdə olan yarışçılar arasında Baku Judo Klub 2018 açıq birinciliyində 34kq çəki dərəcəsində II yer tutduğuna görə Diplomla təltif olunmuşdur.Balaca şagirdimizi qələbəsinə görə təbrik edir,ona növbəti yarışlarında uğurlar arzu edirik.

"Gənc kimyaçılar" ın nailiyyətiBakı şəhər Təhsil İdarəsinin əmrinə əsasən məktəblərdə "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi" keçirildi.Məktəbin fəal və savadlı, kimya fənninə xüsusi marağı olan şagirdləri arasında məktəbdaxili müsabiqə keçirildi. Müsabiqədə XI sinif şagirdi İsmayıllı Orxan, X sinif şagirdi Qasımova Sevinc və IX sinif şagirdi Əliyev Nicat fərqlənərəq Gənc kimyaçılar komandasının tərkibinə qatıldılar. Müsabiqənin rayon mərhələsində iştirak edərək Sabunçu rayonu məktəbləri arasında I yeri qazandılar. Şəhər mərhələsində iştirak edərək Bakı məktəbləri arasında V yeri qazandılar.Komandamızın hər bir üzvünü təbrik edir,onlara növbəti müsabiqələrdə uğurlar arzu edirik.

Balaca karateçimiz Məlikov Nazim Seymur oğluMəlikov Nazim Seymur oğlu məktəbin II sinif şagirdidir.2010-cu ildən idmanın Sebukai kontakt karate növü ilə məşğul olur.Bir sıra yarışlarda iştirak edib. 20kq çəki üzrə Klublararası IV açıq Azərbaycan Kubokunda I yer, Xocalı soyqırımına həsr olunmuş VIII açıq turnirində II yerə, Sebukai karate üzrə IX açıq çempionatında 20 kq çəki üzrə I yerə, 2016- cı ildə Bakı şəhər açıq kubokunda II yerə, 2016-cı ildə bacarıq göstərərək karatenin əsas üsul və texnikasını başa vurduğuna görə narıncı kəmər, 10 kyu dərəcəsinə layiq görülüb.2017 ci ildə Bakı şəhər açıq birinciliyində II yerə,2017-ci ildə VII Abşeron rayon açıq turnirində I yerə, IX yay Respublika seminarında diplomla təltif edilib, IX Bakı şəhəraçıq çempionatında III yerə layiq görülmüşdür.Balaca idmançımıza uğurlar arzulayırıq.

HAQQIMIZDA

Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəb Maştağa qəsəbəsində yerləşir. Məktəbin binası 1934-cü ildə tikilərək ilk dəfə uşaq evi kimi fəaliyyətə başlamışdır. 1955-ci ildən bina 8 illik məktəb fəaliyyə...

BİZİM FƏXRLƏRİMİZ

Aysel Sadıxova Elmar

Tubu Əliyeva Zeynalabdin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi