Müəllimin STEAM təlimində iştirakı Məktəbin fizika müəllimi Şabanova Aysel Bahadır qızı 18.11.2019- cu il tarixində İsrailin Tel- Əviv şəhərində STEAM layihəsi ilə bağlı təlimdə iştirak edib. Müəllim qeyd etdi ki, STEAM- şagirdlərdə əməkdaşlıq, ünsiyyət, aktiv dinləmə bacarığını əl bacarığından istifadə edərək müxtəlif maddələrdən modellər hazırlamaq bacarığını formalaşdırır. Təlim zamanı iştirakçılar məktəblərdə ekskursiyalarda oldular, mikrobitlərin alqoritmləşdirilməsini, 3D printerlərdən istifadə etməklə modellərin qurulmasını, müxtəlif metodologiyalar, layihələr əsasında öyrənmə metodlarını öyrəndilər. Müəllim bildirdi ki, bizdə də belə layihələrin tətbiq olunmasını istərdik.
2 erməni rəqibini məğlub etmiş şagirdimizMəktəbimizin 5b sinif şagirdi Qafarov Əliəşrəf Asif oğlu 3 ildir ki, Maştağa İdman Kompleksində Karate üzrə 3 qat dünya çempionu, 5 qat Avropa çempionu olmuş həmyerlimiz Niyazi Əliyevin tələbəsidir. Dəfələrlə respublika və beynəlxalq karate yarışlarında iştirak etmiş və yüksək yerlər tutaraq diplom və medallar qazanmışdır. İran İslam Respublikasında keçirilən Beynəlxalq Şotokan Tenşinkan Karate kubokunda iştirakı zamanı 4 döyüşdə iştirak etmiş, 2 erməni rəqibini udaraq II yerə layiq görülmüşdür. Şagirdimizə gələcək yarışlarda uğurlar arzu edirik!
Sabirin uğuruMəktəbin VIII "A" sinif şagirdi Səlimov Sabir Aslan idman klubunun keçirdiyi Kyokşin Karate növü üzrə idman yarışının açıq turnirində iştirak edərək II yerə layiq görülmüşdür. İdmançımıza gələcək yarışlarda müvəffəqiyyət arzu edirik.Uğurların bol olsun Sabir!